Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə vətəndaşı Azərbaycanda öldü
Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər