Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri magistralında baş verib.
Dörd azərbaycanlı tələbə kirayə götürdükləri avtomobillə yol-nəqliyyat hadisəsi törədib.
Hadisə zamanı tələbələrdən üçü yaralanıb. Məlumatlara görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Samir İsayev