Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədəki zəlzələdən zərər çəkən azərbaycanlılar hara müraciət edə bilərlər? - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
APA xəbər verir ki, səfirlik aşağıda qeyd olunanları nəzərə almağı Azərbaycan vətəndaşlarına tövsiyə edib:
1. Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
2. Qarşılaşdıqları çətinliklərlə əlaqədar, yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq.
12:55
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərargahlar yaradılıb.
Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.
Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.
Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648;
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011.
11:26
Azərbaycanın İstanbuldakı baş konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.
Müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.
“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərər çəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə baş konsulluqla əlaqə saxlamaları xahiş olunur: +90 536 613 86 48”, - deyə məlumatda bildirilib.
📢Türkiyənin #Kahramanmaraş və ətraf vilayətlərində baş vermis zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur:
— Consulate General of the Republic of Azerbaijan (@azconsulateist) February 6, 2023
☎️+90 536 613 86 48
09:37
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt və operativ qərargah yaradılıb.
Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib.
Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edilib ki, artıq zəlzələdə xəsarət alan azərbaycanlıların sayı öyrənilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.
Aysel Aslan
Rəylər