Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç övladı xəstə olan ana yardım diləyir: “Kirayə pulunu belə ödəyə bilmirik, dəstəyə ehtiyacımız var” - FOTO
Həsən, Hüseyn və Filiz Cəfərovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların anası Rəmziyyə Cəfərova məlumat verib.
O bildirib ki, övladları Həsən və Hüseyn anadangəlmə ürək xəstəliyindən, qızı Filiz isə miopatiya xəstəliyindən əziyyət çəkirlər.
“Həsən və Hüseyn əkiz övladlarımdır. Onlar anadangəlmə ürək xəstəliyindən əziyyət çəkirlər. İnanın ki, doğulduqları gündən müalicədəyik. Hazırda onların əməliyyata ehtiyacları var. Əməliyyat isə Almaniya və ya İsraildə həyata keçirilə bilər. Bu əməliyyatı qarşılamaq üçün bizim 60-70 min manata ehtiyacımız var”.
Rəmziyyə Cəfərova qızı Filizin müalicəsi üçün də dəstəyə ehtiyacları olduqlarını deyib.
“Filiz anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir. İnanın, hər ay müalicələrdəyik, hazırda ayaqlarında cürümə gedir. Filizin əməliyyatı üçün 30 min manata ehtiyacımız var. Mən evdar qadınam, yoldaşım isə artıq 17 ildir vətənə xidmət edir. Özümüz Sumqayıtda kirayədə yaşayırıq. Artıq iki aydır kirayənin pulunu da verə bilmirik. Uşaqların aylıq müalicəsi üçün 1 800-2 000 manat xərcimiz çıxır. İnanın, həm bu müalicələri qarşılayıb, həm günlük xərcləri qarşılamaq bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 203-08-85.
Kapital Bank: 5239 1517 0998 7005.
Rəylər