Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevin meyitinin qalıqları Ucar rayonuna gətirilib.
"Report" xəbər verir ki, şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib. Şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şöhrət Telman oğlu Nuriyev1969-cu il iyunun 17-də Ucar rayonunun Əlikənd kəndində anadan olub. O, 1993-cü il aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Rəylər