Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ucarda içərisində 17 ədəd soyuducu olan ərzaq mağazası yanıb
Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan QAZ markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.
Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü
- FHN: "Bəzi ərazilərdə suyun çəkilərək kənarlaşdırılması davam edir"
- Bulvarda dənizdən meyit tapılıb
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
Ən çox oxunanlar