Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ukraynada Nizami Gəncəviyə heykəl ucaldılacaq
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.
Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasına investisiyanın qoyulmasına hazırdır.
G.Kernes öz növbəsində qeyd edib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar.
"Ukrayna" teqi üzrə xəbərlər
- KİV: "Zelenski ikinci müddətə prezident olmaq istəyir"
- Lukaşenko: "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"
- Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb
- ABŞ Ukraynanın məğlubiyyətini etiraf etdi: Zelenski geri çəkiləcək?
- Rusiya Silahlı Qüvvələri Donbasın ən böyük yaşayış məntəqəsini nəzarətə götürdülər
Rəylər