Səhər saat 4 radələrindən Nikolayev şəhərinə də raket atılıb. Burada vəziyyət yaxşı deyil, insanlar şəhəri tərk edir.
Bu barədə Oxu.Az-a açıqlamasında Ukraynanın Nikolayev vilayətində yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov məlumat verib.
O bildirib ki, Nikolayev şəhərindən 2-3 km aralıda yerləşən hərbi aerodrom partladılıb:
“Hələ ki raket atışları davam edir. Əsasən səhər sübh tezdən güclü atəşə tutuldu. Şəhərdə möhkəm partlayış səsləri eşidilir. Şəhərdən aralıdakı aerodrom partladılıb, insanlar arasında təlaş var. Şəhərdən çıxmağa cəhd edənlər çoxdur, maşınlar, yüzlərlə şəxs şəhəri tərk edir. Biz hələ şəhərdəyik. İnsanlar arasında ölən, yaralanan yoxdur.
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"Ukrayna" teqi üzrə xəbərlər
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
- Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
Digər xəbərlər