10 ildən çoxdur ki, inşaat sektorunda uğurla fəaliyyət göstərən “Universal Pro” MMC cənab Prezident İlham Əliyevin bütün dünyada yayılmış COVİD-19 virusu ilə bağlı çağırışına qoşularaq öz dəstəyini göstərib.
Şirkət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 000 AZN vəsait ayırıb.
2010-cu ildən dünyanın bir neçə tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərən “Universal Pro” MMC tikinti materialları ilə yanaşı neft-qaz sənayesi üçün avadanlıqların satışı ilə məşğuldur.