Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm.
Oxu.Az xəbər verir ki, bunu musavat.com-a adı YAP-ın seçki siyahısında olmayan deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev söyləyib.
Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: “Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq. Daha nə qədər deputat olmaq olar?!”
“Şəxsən siz hansını seçərdiniz, millət vəkilliyini, yoxsa rektorluğu” - sualına cavabında Ə.Vəliyev belə cavab verib: “Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam”.
Ə.Vəliyev onun yerinə verilən namizədlə bağlı yalnız bunları bildirib: “O namizədi tanımıram, bilmirəm harada işləyir, kimdir”.