Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin paytaxtdan nə zaman köçürüləcəyi ilə bağlı suala aydınlıq gətirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.
Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.