Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Uşağı bağçaya "şirinlik"lə yazdırmaq istəyənlərə XƏBƏRDARLIQ
"Valideynlər bəzən deyirlər ki, qeyri-qanuni olanda o dəqiqə bağçalara qəbul sistemində boş yer olur. Bildirmək istəyirəm ki, əgər siz uşağınızı qeyri-qanuni yolla bağçaya yazdırırsınızsa, onun adı sistemdə qeyd edilmir".
"Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova deyib.
İ.Rəsulova bildirib ki, mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür:
"Bununla bağlı töhmət, şiddətli töhmət, hətta işdən çıxarılma halları belə olur. Praktikada bu səbəbdən işdən çıxarılan müdirlər də var".
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Gələn həftədən bağçalara qəbul başlayır
- Paytaxtda birinci sinfə qəbulla bağlı sistemə yerləşdirilən sorğuların sayı açıqlandı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR
- Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
- Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbul şərtləri açıqlanıb