“2015-ci ildən bu günə qədər resurs mərkəzlərinin yaradılması, qadınların biznes təlimləri və onların biznes layihələri üçün göstərilən maliyyə yardımı 4 milyon dollar olub”.
Oxu.Az xəbər verir ki, bunu USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqx deyib.
O bildirib ki, layihələrə Azərbaycan hökuməti də yaxından dəstək göstərib:
“Buna görə biz bunu birgə yatırılan sərmayə adlandırırıq. Layihə çərçivəsində dörd resurs mərkəzi yaradılıb. Ümumilikdə isə biz 10 qadın resurs mərkəzinə dəstək göstəririk”.
Könül Cəfərli