Adətən valideynlərin müəyyən işləri olanda onlar azyaşlı uşaqlarını ya yaxınlarına, ya da qonşularına tapşırırlar. Son zamanlar sırf uşağa nəzarətlə bağlı günlük və ya saatlıq bağça xidmətindən istifadə edənlərin sayı artıb. Təbii ki, bu zaman diqqət ediləsi bir neçə vacib məqam var. Bunlardan ən əsası bu xidməti göstərən fərdi ailələrin məsuliyyət məsələsidir.
Oxu.Az "Xəzər xəbər"ə istinadla xəbər verir ki, valideynlərin müəyyən işləri olduqda uşaqlarının nəzarətsiz qalmaması üçün müəyyən müddətə bu xidməti göstərən şəxslərə yaxud bağçalara müraciət edirlər. Bununla bağlı tələbatın artması xidmət göstərənlərin də sayını artırıb. Adətən ev şəraitində bu cür xidmət göstərənlərlə yanaşı, günlük və saatlıq fəaliyyət göstərən bağçalar da var.
Bu zaman isə həmin baxçaların və yaxud ev şəraitində xidmət göstərən şəxslərişn daşıdığı məsuliyyət gündəmə gəlir. Elə buna görədir ki, vətəndaşların bu xdimətlərlə bağlı fikirləri birmənalı deyil.
Günlük və saatlıq bağçalar uşaqların onlara etibar edilməsində valideynlərin narahatçılığının aradan qaldırılması üçün videokamera müşahidə sistemi yaratmaqla nisbətən problemi aradan qaldırsalar da, ev şəraitində eyni xidməti göstərənlər üçün bunu demək çətindir.
Digər vacib məsələ isə uşaqların qidalanmasıdır. Buna görə də bağçalar adətən valideynlərin özlərinin qidanı gətirməsini tövsiyyə edirlər. Əgər valideynin uşaq üçün xörək gətirməyibsə, əvvəlcədən onlara hansı qidanın veriləcəyi ilə bağlı məlumöat verilir.
Bu xidmətə görə qiymətlər isə saata görə adətən 5 manatdan başlayır. Bir günlük isə təxminən 30 manatdır.
Günlük və saatlıq baxçalarda həm də məktəbli yaşında olan uşaqlara da baxılır. Əgər azyaşlıların vaxtlarını əyləncəli keçirməsinə üstünlük verilərsə, məktəblilərin dərslərinin hazırlanmasına da kömək edilir.
Hüquqşünanaslar isə hesab edir ki, bu xidmətlər istənilə halda hüquq tənimləmə əsasında göstərilməlidir. Yəni valideynlərlə baxça rəhbərliyi arasında yazılı razılaşma olmalıdır. Bu, gələcəkdə yarana biləcək problemlərdə məsuliyyətdən boyun qaçırma hallarının qarşısını alacaq.
Hüquqşünans Xəyal Bəşirovun sözlərinə görə, bu xidməti göstərənlər müvafiq lisenziya və razılıqlar almalıdırlar. Əks halda inzibati xətalar məcəlləsin nəzərəd tutulmuş qaydada cərimələnəcəklər. Elə valideynlərə də məhz fəaliyyətini qanuni quran baxçalara müraciət etmələri tövsiyyə edilir.
A.S.
www.oxu.az