Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uşaqlara verilən iştahaartırıcı dərmanlarla bağlı həkimdən AÇIQLAMA
“Duzlu, acı qidalardan uşaqların istifadəsi məsləhət deyil”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyin “Instagram” hesabındakı canlı yayımında nazirliyin mütəxəssis-eksperti həkim pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, şokolad və konservləşdirilmiş qidalardan uşaqları uzaq tutmaq lazımdır:
“İnsanların ağız dadı uşaq yaşlarından formalaşır. Valideynlər azyaşlılara o dövrdə duzlu, acı, şirniyyat, şokolad və digər zərərli məhsullara öyrəşdirməsə, elə uşaqlar var ki, 20 yaşına qədər də bu qidalara maraq etmirlər. Bu da sağlam qidalanma deməkdir. Daha çox meyvələrə üstünlük versinlər. Qida intizamı orqanizm üçün çox önəmlidir. Gün ərzində 3 dəfə normal qidalanmağa diqqət etsinlər. Həkim məsləhəti olmadan uşaqlara iştahaartırıcı dərmanların verilməsi məsləhət deyil”.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi