Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Uşaqlarla bağlı yeni qanun nə zaman qəbul olunacaq? - AÇIQLAMA + FOTO
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə məlumat verib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"
- Bahar Muradova: "COP29 Azərbaycanın dünyanın problemlərinə ciddi yanaşmasının bariz nümunəsidir"
- Bahar Muradovadan məişət zorakılığı ilə bağlı AÇIQLAMA
- YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar