"Martın 2-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq. Martın 9-da keçirilən imtahanın nəticələri də keçirilən tarixdən etibarən 6 həftə ərzində emal olunacaq".
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.
O bildirib ki, markerlər onlayn çalışırlar: "Burada çox böyük rəqəmlərdən söhbət gedir. Martda olan imtahanlar üzrə bir markerə orta hesabla 1.7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə düşür".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev