Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Abdulla Hikmət oğlu Əfəndizadə arasında məhkəmə çəkişməsi başa çatıb.
Oxu.Az xəbər verir ki, 25.08.2023-cü il tarixdə "Facebook" sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdi.
Sabunçu Rayon Məhkəməsinin 11.06.2024-cü il tarixli hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1 000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.09.2024-cü il tarixli qərarı ilə təmin edilməyib.
Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti vermişdi. Martın 14-də Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə çağrı mərkəzinin funksiyaları artırılıb
- Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi
- Əvəz Zeynallı azadlığa buraxıldı - İLK FOTOLARI
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi