Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vitse-spiker Adil Əliyev iş adamlarına səsləndi
Milli Məclis sədrinin müavini Adil Əliyev imkanlı şəxslərə, iş adamlarına çağırış edib.
Oxu.Az-ın məlumatına görə, A.Əliyev özünün “Facebook” hesabında yazıb ki, sosial zərflər hazırlanıb paylanana qədər iş adamları vətəndaşların yanında olmalıdır, onlara mənəvi dəstək verməlidirlər.
Vitse-spiker bütün vətəndaşları dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün verdiyi qərarlara əməl etməyə səsləyib.
“Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq.
Sosial təcridetmənin virusun qarşısını almaq, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”, - deyə A.Əliyev bildirib.
Aqşin Kərimov
"Adil Əliyev" teqi üzrə xəbərlər
- VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin səlahiyyətlərinə xitam verilib
- Yeni təyin olunan icra başçıları kimlərdir? - DOSYE
- Azərbaycanda yeni icra başçısı təyin edildi
- Milli Məclis növbədənkənar seçki ilə əlaqədar Prezidentə müraciət edib
- Şamaxıda püskürən vulkan təhlükəlidir? - AÇIQLAMA + VİDEO
Rəylər