Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Viza və xaricdə iş vədi ilə insanları aldadan şirkətə qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var
Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının daxil olan çoxsaylı şikayət əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl "Go Abroad" MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələrdə, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksəkməvacibli iş elanları verməyə başlayıblar:
"Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Niderland, Britaniya və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.
Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar".
Məlumatda qeyd edilib ki, Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.
"Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.
"Go Abroad" MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər", - deyə məlumatda bildirilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanılıblar
- Adamlardan xəbərsiz adlarına kredit götürülüb
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
Rəylər