Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vüqar Qurbanov "Həkimlərin əməkhaqqlarının artırılmasının üzərində çalışırıq"
"Maaş məsələsi çətin məsələdir".
Bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, həkimlərin əməkhaqqlarında ciddi fərq var:
"Həkimlərin və orta tibb işçilərinin əməkhaqqlarının artırılmasının üzərində çalışırıq. Bununla bağlı ciddi işlər görülür. İcbari Tibbi Sığorta layihəsi tətbiq olunduqdan sonra həkimlərin əməkhaqqlarında ciddi fərqlər var. TƏBİB tabeli tibb müəssisələrində və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində çalışan həkimlərimizin maaşı icbari tibbi sığorta əlavəsi ilə birlikdə 1 200 manatdan aşağı deyil. Ilk işə başlayan həkimimiz 1 000 - 1 200 manat civarı əməkhaqqı alır. Amma onun əldə edəcəyi bonus göstərdiyi xidmətin sayından və keyfiyyətindən asılıdır".
Ətraflı videoda:
"Vüqar Qurbanov" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov yeni baş həkim təyin etdi
- Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
- TƏBİB sədri: "Yaralanan vətəndaşlarımızın klinikada qəbulu həyata keçirilir"
- İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir
- Vüqar Qurbanov: "Dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur"
Rəylər