Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vüqar Qurbanov: "Səhiyyədə önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılmasıdır"
"Günümüzdə ənənəvi üsullarla idarəetmənin müasir standartlara inteqrasiyası, innovativ üsullarla yeni idarəetmə metodlarının formalaşdırılması zərurəti yaranıb. Təbii ki, səhiyyə idarəçiliyi də bütün sahələrdə tətbiq olunan yeniliklərdən, müasir yanaşmalardan kənarda qala bilməz".
Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, bu gün səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir:
"Eyni zamanda, buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusilə əhəmiyyətlidir. Əlbəttə ki, bütün bunlar həm də müasir idarəetmə tələb edir. İstər kadrların, istər maddi-texniki resursların düzgün idarəedilməsi yüksək menecment olmadan uğurlu ola bilməz. Bütün bunlar vəhdət təşkil etməli, vahid kompleks şəklində formalaşdırılmalıdır".
Direktor əlavə edib ki, tibb müəssisələrinin rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış "Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol" çərçivəsində Ankara Universitetində "Xəstəxanaların idarəedilməsi" mövzusunda dəfələrlə təlimlərin təşkil olunması da müsbət addımlardandır:
"Bu təlimlərin yekunu olaraq TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ankara Universiteti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Dəmiryol Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilməsi yekunlaşıb
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- 2024-cü ildə Azərbaycanda tibb müəssisələrinə neçə müraciət qeydə alınıb?
- Samir Babayev: "Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər"
- TƏBİB rəsmisindən AÇIQLAMA: "Səhiyyə sistemimizdə nöqsanlar var"
Rəylər