“Son bir ildə 420 şəxs readmissiya (vətəndaşın öz ölkəsinə qaytarılması) olunub. Onlar müxtəlif vaxtlarda çarter reyslərlə ölkəyə gətirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2021-ci il üçün readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub:
“2014-cü ildən bu vaxta kimi 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.
İlhamə Əbülfət