“Hazırda ölkədə təxminən 120-130 min əcnəbi yaşayır”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, bunlar həm 15 günə qədər qısamüddətli səfər edənlər, həm də uzunmüddətli qalanlardır:
“Bildiyiniz kimi, 15 gündən artıq qalanlar yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər. Ölkəmizdəki əcnəbilərin təxminən 12-13 faizi 15 günə qədər olan kontingentdir. Digərləri isə müvəqqəti yaşamaq icazələri almış və ya qeydiyyata düşməklə yaşayan şəxslərdir”.
İlhamə Əbülfət