Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sayad-İlxıçı avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Ford" markalı avtomobil kənd yolunda hərəkətdə olan motobloka çırpılıb.
Hadisə zamanı 1983-cü il təvəllüdlü Tərlan Muxtar oğlu Kərimov və 1994-cü il təvəllüdlü Əhməd Ağaverdi oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər