Xaçmazın Nabran kəndində qeyri-adi hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qoyunun çəpiş (red. keçinin balası çəpiş adlanır) balası dünyaya gəlib. Bu hal Kəlbəcərdən məcburi köçkün Vəfadar Salmanovun şəxsi təsərrüfatında baş verib.
Qeyd edək ki, mütəxəssislər bu kimi hadisələrə nadir hallarda rast gəlindiyini deyir. Belə hadisənin 5-10 ildən bir 10-100 min qoyun arasında baş verə biləcəyi qeyd olunub.
Onların ömrünün də çox olmadığı deyilsə də bu qoyunun keçi balası digər quzularla birlikdə sərbəst qidalanır.