Xalq artisti Mələkxanım Eyubova böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş gəlininin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Xalq artist Mələkxanım Eyubova ilə danışıb.
Xalq artisti narahatlığa ehtiyac olmadığını bildirib:
“Bizi sevənlər çox narahat oldular. Hər birinə bildirmək istəyirəm ki, narahat olmayın. Hər şey yaxşıdır”.
Xatırladaq ki, Xalq artisti M.Eyubovanın gəlini Səadət Nəcəfovanın vəziyyəti ağır olduğundan aprelin 28-də qəfil xəstəxanaya yerləşdirilmişdi. Bununla bağlı S.Nəcəfova və Cəfər Nəcəfov özləri şəxsi “Instagram” hesablarında paylaşım ediblər.
Qeyd edək ki, M.Eyubovanın Cəfər və Nicat adlarında iki oğlu, Nəzrin və Nərmin adlarında iki qızı var. C.Nəcəfov ailəlidir, bir qız atasıdır.

Nəzrin Vahid