Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
"Report" bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da başlatdığı antiterror tədbirlərindən sonra nəzarətə götürülüb.
"Xankəndi" teqi üzrə xəbərlər
- Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var
- Xankəndi şəhəri Yeni ili Zəfər atəşfəşanlığı ilə qarşılayıb
- Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
- "Meqa Sığorta" şirkətlər qrupu Xankəndidə filial açdı
- Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
Ən çox oxunanlar