Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Attestatla xaricə qəbul dövrü bitir: yeni məhdudiyyətlər gəlir? Attestatla qəbul olunan universitetlərin keyfiyyəti necə yoxlanılmalıdır? Attestatla xaricdə təhsil: ən çox hansı səhvlər gələcəyi məhv edir? Xaricdə diplomların tanınmaması: minlərlə məzunu nə gözləyir?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli, Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin sədri Bəxtiyar Nəcəfov, ali təhsil üzrə ekspert İlham Əhmədov və karyera və ixtisas seçimi üzrə mütəxəssis Rizvan Fikrətoğlu ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.