20 aprel 2000-ci il tarixli 73 nömrəli “Polis əməkdaşlarının maddi və sosial təminatı qaydaları” barədə qərara, Nazirlər Kabinetinin 29 aprel 2014-cü il 116 nömrəli qərarı ilə düzəlişlər edilib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, düzəlişlərə əsasən, xarici ölkələrə getmək üçün DİN-dən verilən ümumvətəndaş pasportları (xarici pasportlar) üçün rüsumların 20%-i pasport şöbəsinin xüsusi rütbəsi olan əməkdaşların sosial müdafiəsini təmin etməyə və maddi vəziyyətini yaxşılaşdırmağa sərf ediləcək.
Bu düzəliş “ASAN Xidmət” işçilərinə şamil edilmir.