Azərbaycanın tanınmış teleaparıcısı Almaniyada soyğuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, Almaniyada xərçəng xəstəliyindən müalicə olunan “Xəzər TV”-nin aparıcısı Hacı Nuran Hüseynov APA-ya bildirib ki, ötən gün Kölndə otellərin birinin qarşısında soyulub.
Onun pul kisəsini, iş vəsiqəsini və pasportunu oğurlayıblar: “Ötən axşam otellərdən birinin qarşısında bura konsert verməyə gələn “Bu Şəhərdə”nin aktyorları Rafael və Coşqunla dayanıb söhbət edirdik. Bu vaxt hotelin qeydiyyat hissəsinə iki qara dərili yaxınlaşdı. Hoteldən çıxanda onlardan bırı mənim bütün sənədlərim və pasportum olan çantamı götürüb qaçdı".
N. Hüseynov bildirib ki, artıq hadisə barədə polisə müraciət olunub, axtarışa başlanıb.