Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin dəstəyə ehtiyacı var: Xəstəliyi metastaz verib
16 yaşlı Pınarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ramilə Həsənova məlumat verib.
O bildirib ki, övladı xərçəng xəstəliyindən əziyyət çəkir:
"Hər şey Pınarın idman dərsi zamanı yıxılaraq ayağını zədələməsi ilə başladı. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Biz yay tətilinə qədər gözlədik və sonra qızımızı Bakıya apardıq. Onlar maqnit rezonans tomoqrafiyası (MRT) etdilər, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə qorxulu diaqnoz qoyuldu - sarkoma. Biz Pınarın müalicələrinə başladıq, o, bir neçə dəfə əməliyyat keçirdi".
Ramilə Həsənova hazırda dəstəyə ehtiyacları olduğunu deyib:
"Pınarın xəstəliyini bildiyimizdən bəri yeddi dəfə Türkiyədə müalicə almışıq. Biz keçən il sentyabr ayında Türkiyəyə gedib orada iki ay müalicə aldıq. Azərbaycana qayıtdıqdan sonra o, yenidən əməliyyat keçirdi. Hazırda onun xəstəliyinin ağciyərinə yayıldığını öyrənmişik. Həkimlər onun təcili Türkiyəyə yollanmalı olduğunu deyirlər. İnanın, bu dörd ildə Pınar üçün hər şeyimizdən keçmişik. Dəyərli əşyalarımızı, evimizi satmışıq. Hazırda Türkiyəyə gedib, orada müalicələrə başlamaq üçün 5 000 manata ehtiyacımız var. Pınar çox gəncdir, onun gələcəyi hələ qabaqdadır, mən onsuz bir həyat təsəvvür edə bilmirəm. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 613-48-76.
"Kapital Bank": 4169 7388 7603 0002.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlil ana övladı üçün yardım istəyir: "Bəzən günlərlə çörək ala bilmirəm"
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- İbrahimin yaşaması üçün həkimlər ümid vermir: Ağrıları artıb, yemək yemir - Anası dərdə dözə bilmir