Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xəstə övladı olan ana fəryad edir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır"
Altı yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicə xərclərini qarşılaya bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:
"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik və Mahirin vəziyyəti günü-gündən pisləşdi, halsızlaşdı. Burnundan tez-tez qan açılır. Həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Oğlum vaxtında müalicə ala bilməsə, onu itirə bilərəm. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Mahirin bir kurs müalicəsi 800 manat təşkil edir".
Ailə ilə əlaqə: (050) 624-89-96
ABB: 5522 0993 6483 8813
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Üç yaşlı Zəhranın müalicə üçün dəstəyə ehtiyacı var
- Beş dil bilən Ruslanın dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirməyə imkanımız yoxdur"
- İki yaşlı Aysel yaşamaq uğrunda mübarizə aparır: Müalicə üçün köməyə ehtiyacı var
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Beş yaşlı Raul təcili ilik nəqli əməliyyatı olmalıdır