Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Xəstə uşağım var, təcili yardım bura necə gəlsin?" - MTK ilə sakinlər arasında qalmaqal
Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-in sakinlər mənzil-tikinti kooperativi (MTK) ilə bağlı şikayət ünvanlayıblar.
Vətəndaşlar i Baku TV-yə bildirirlər ki, MTK onlarla razılığa gəlmədən mənzillərini sökərək yerində tikinti işləri aparır. Mənzillərinin sökülməsinə razı olmayan sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların evlərinin də zərər görməsinə səbəb olur.
"Birinci dərəcəli əlil uşağım var, həkim lazım olanda, təcili yardım bura necə gəlsin? Gecə saat 3-də ev silkələnir", - şikayətçi söyləyib.
Digər bir şikayətçi isə bildirib ki, mənzilinin əvəzinə təklif edilən məbləğlə yeni ev almaq mümkün deyil: "37 ildir ki, burada yaşayıram. Elə məbləğlər təklif edirlər ki, o pula ev ala bilmirəm".
Məsələ ilə bağlı tikinti şirkətindən bildirilib ki, sakinlərlə razılığa gəlinərək müqavilələr imzalanıb:
"Mənzil sahiblərinə hər kvadratmetrə görə 2000-2500 manat arası kompensasiya vermişik. Sakinlərin bir qismi mənzillərinin qarşılığında təklif olunan məbləğlə razılaşmır. Pilot layihə olmadığı üçün sakinlərə həmin ərazidən ev verə bilmərik".
Daha ətraflı süjetdə:
"Bakıda söküntü işləri" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 29.11.2024-ün ən mühüm hadisələri
- Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
- Bu xəbərləri qaçırmayın: 25.11.2024-ün ən mühüm hadisələri
- Bakıda söküntü hansı ərazilərdən başlayacaq? - Komitə sədrindən AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri
Rəylər