Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu
Paytaxtımızın ən mühüm tibb müəssisələrindən biri olan Travmatologiya və Ortopediya İnstitutunun acınacaqlı vəziyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qapı-pəncərələrin yararsız vəziyyətdə olduğu, döşəmənin qopub-töküldüyü aydın görünür. Xəstələr isə bu ağır şəraitdə müalicə almaq məcburiyyətindədirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq.
İnstitutun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Pərvin Hüseynəliyeva Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.
"Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təmirə ehtiyacı olması barədə nazirlik məlumatlıdır. Binanın daxilində əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün artıq açıq tender elan edilib. Layihə-smeta sənədləri hazırlandıqdan dərhal sonra binanın ümumi əsaslı təmiri işləri həyata keçiriləcək", - deyə P.Hüseynəliyeva vurğulayıb.
Əzizə İsmayılova
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər