Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?](https://images.oxu.az/2025/02/11/HM3dYK8Tcvnln4ehcv6dUed1pVf7xCNoVO2NAHcQ:1200.jpg)
Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?
Övladları kistoz-fibroz xəstəliyindən əziyyət çəkən valideynlər TƏBİB-dən şikayətçidirlər.
Onlar deyirlər ki, uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim olunan dərmanları bir ilə yaxındır ki, ala bilmirlər.
Şikayətçilərin iddialarına görə, aidiyyəti qurum bu dərmanlar üçün ayrılan bir illik vəsaitin cəmi 9 aya bəs etdiyini bildirir.
"Dövlətin təyin etdiyi dərmanları TƏBİB-dən ala bilmirik. Quruma problemlə bağlı ərizə yazıram. Daha sonra TƏBİB xəstəxanadan izahat istəyir ki, dərmanları niyə vermirsiniz? Halbuki dərmanlar xəstəxanaya göndərilməlidir ki, bizə verilsin", - deyə şikayətçi Günay Əsədzadə söyləyib.
Valideynlərin sözlərinə görə, ağciyər xəstəliyindən əziyyət çəkən 50 uşaq gündəlik bu dərmanların sayəsində nəfəs alır. Dərmanların aylardır ki, verilməməsi bu uşaqların həyatını hər keçən gün daha çox riskə atır. Bəs bu dərmanlar nə üçün gecikdirilir?
Daha ətraflı Baku TV-nin videomaterialında:
![](https://img.youtube.com/vi/LDiQqCrBNCs/sddefault.jpg)
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb oldu
- Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
- Alman dəqiqliyi harada qaldı? - Səfirlik vətəndaşın pasportunu itirdi
- Məmmədli kəndinin sakinlərindən şikayət: "Dünəndən işıq yanmır, donuruq"
- Oğuz sakinlərinin gününü qara edən YOL PROBLEMİ
Rəylər