İyulun 1-də Xəzər dənizinin Xızının Şuraabad kəndi ərazisində batan şəxsin kimliyi məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, ölən şəxsin Şuraabad kənd sakini Fazil Əmir oğlu Nəbiyev olduğu açıqlanıb.
O, dənizdə çimərkən batıb. Mərhumun meyiti dənizdən çıxarılıb və ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
02.07.2017 (11:38)
Xızı rayonu, Şuraabad qəsəbəsində dənizdə 1 nəfər batıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.
Əlavə məlumat veriləcək.
A.M.