Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Xəzər” TV-də nə baş verir?
“Xəzər” TV-yə yeni müavin təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun tezliklə işdən kənarlaşdırılacağı deyilir.
KONKRET.az-ın redaksiyasına daxil olan məlumata görə, “Xəzər” TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.
Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.
Onun mətbuat və televiziya təcrübəsi olmadığı halda uzun illər belə məsuliyyətli vəzifəni tutması ilə bağlı mətbuatda yazılar dərc edilirdi.
Ən çox oxunanlar
Rəylər