Xəzərdə daha bir balıqçı batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub.
Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
E.Ə.
www.oxu.az