Bu gün Xəzər dənizində üç zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, birinci zəlzələ saat 15:25-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 30 km olub.
Növbəti zəlzələ 15:30-da baş verib. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 34 km olub.
Üçüncü zəlzələ isə 15:40-da qeydə alınıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 34 km olub.
Hər üç zəlzələ hiss olunmayıb.