Dübəndi qəsəbəsində XIII-XIV əsrə aid qışlaq var.
O, dənizdən 150-200 metr aralıda yerləşir. Erkən Tunc dövrünə aid mağaranın üstündə özül salınıb və tikili qurulub.
Mağaranın içində qaya üzərində çəkilmiş e.ə IV-I minilliyə aid qayaüstü rəsmləri görmək olar. Rəsmlər üzərində insan və heyvan şəkilləri həkk olunub.
Mağaranın içi kərpic daşları, zibil ilə doludur. Qədim tarixi olan bu məkanın baxımsız vəziyyətdə olması isə heç də ürək açan deyil.
“Global Photo Stock”un əməkdaşının qışlaqdan lentə aldığı fotoları təqdim edirik:
FOTO: Tapdıq Abdullayev
Rəylər