Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN: “Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb”
İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan “Pegasus” şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.
Xatırladaq ki, İzmirdən İstanbula uçan “Pegasus” şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.
Könül Cəfərli
"Leyla Abdullayeva" teqi üzrə xəbərlər
- Parisdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb
- Parisdə "Azərbaycan Olimpiya Evi" nin açılışı olub
- Azərbaycan səfiri etimadnaməsini Monako Şahzadəsinə təqdim edib - FOTO
- Səfir: “Azərbaycanın niyyəti regionda sabitliyin və sülhün bərqərar olunmasına töhfə verməkdir” - FOTO
- Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR + FOTO
Rəylər