Abşeron rayonunun Xırdalan şəhərində küçədə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
Bildirilib ki, AAF park yaşayış kompleksində bəzi sakinlər məişət tullantılarını bunun üçün nəzərdə tutulan konteynerlərə deyil, yerə atırlar. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır.
Şikayətdə qeyd olunub ki, tullantı konteynerləri boş olsa da, bəzi şəxslər əllərindəki zibilləri yerə ataraq ərazidən uzaqlaşırlar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən ünvanda yaranmış antisanitar vəziyyət polis əməkdaşlarının müşayiəti ilə aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.
