Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub. Avtomobildə olan sərnişin, 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.