Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Xırdalanda yaşayış binasındakı yanğınla bağlı DETALLAR](https://images.oxu.az/2025/02/09/7oduy3Q8sk4MEHNoW3MBUL7YEXVCs3v4SKxtiz6n:1200.jpg)
Xırdalanda yaşayış binasındakı yanğınla bağlı DETALLAR
Xırdalanda yaşayış binasındakı yanğınla bağlı bəzi detallar məlum olub.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, hadisə zamanı evdə olmayan vətəndaşların da mənzillərinə ziyan dəyib:
"İşdə idim, zəng etdilər ki, alt mərtəbədəki qonşunun evi yanır. Kimə gəldi evi kirayə verirlər. Dəymiş zərəri kim qarşılayacaq, bilmirəm" - deyə sakin bildirib.
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/7F1Gpj7n87s/sddefault.jpg)
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
FHN Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Rəylər