Xızı rayonunda silahla ehtiyatsız davranış nəticəsində bədbəxt hadisə yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Şurabad kənd sakini 59 yaşlı Əhmədağa Nəcəfov atasından qalma 1960-cı il ihtehsallı, 16 kalibrli tüfəngi yoxlayarkən atəş açılıb.
Atəş nəticəsində o, sol əlini itirib. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardim xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.