Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalı rayonunun tabeliyinə iki məktəb verildi, birinin adı dəyişdirildi
Xocalı rayonunun tabeliyinə iki məktəb verilib.
"Report"un əldə etdiyi məlumata görə, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.
Belə ki, "Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb" sözləri "Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi" sözləri ilə əvəz edilib.
Bundan başqa "Şuşa rayonu Quşçular kənd tam orta məktəb" bundan sonra "Xocalı rayonu Quşçular kənd tam orta məktəbi" adlandırılıb.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Məktəbəhazırlıq qruplarına qəbulun başlanacağı tarix açıqlandı
- Direktor müavini: "Sabah müəllimlərin sertifikatlaşdırma imtahanı başlayır"
- Birinci sinfə qəbulda rus bölməsi üzrə məktəb və müəllim seçimi başlayıb
- 70 mindən çox müəllim əməkhaqqısını diffensial qaydada artımla alacaq
- 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb