Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Xocalı şəhərində Şəhidlər xiyabanı salınır - VİDEO](https://images.oxu.az/2024/03/27/14/09/40/fb4619eb-d612-49f2-8f3a-09fadbef1b16/FotoJet (14):1200.jpg)
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır - VİDEO
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:
“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin yeddi nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.
![](https://img.youtube.com/vi/d4P4oSoL9Zg/sddefault.jpg)
Rəylər