“Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika Şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, aşkar edilmiş meyitlər 25 ildən çox müddətə aiddir:
“Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində doqquz nəfərin şəxsiyyəti müəyyən edilib:
Ağaəli Naib oğlu Əliyev - 01.06.1933-cü il
Sürəyya Behbud qızı Əliyeva – 01.06.1933-cü il
Akif Seydulla oğlu Mahmudov – 01.06.1962-ci il
Xəzər Səyavuş oğlu Səlimov – 01.09.1974-cü il
Tamilla Ağamirzə qızı Səlimova – 01.06.1935
Əli Müsül oğlu Cavadov - 15.06.1954-cü il
İsmayıl Bəhman oğlu İsmayılov – 01.08.1955-ci il
Bəsirə Vəli qızı Məhərrəmova - 01.06.1954-cü il
Şiraslan Məmiş oğlu Nəcəfov”.
Qeyd olunub ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
![](https://img.youtube.com/vi/Pf7CIMT32nM/sddefault.jpg)
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
İlhamə Əbülfət