Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

XTQ komandanı vəzifəsində Hikmət Mirzəyevi kim əvəzləyəcək?
Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.
A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.
Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.
"Xüsusi Təyinatlı Qüvvələr" teqi üzrə xəbərlər
- Şəhid atası: "Oğlum öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib"
- Hər kənd azad ediləndə hədsiz sevinirdim - Altı güllə yarası alan qazinin döyüş yolu
- Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"
- Azərbaycan xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edirlər
- Paris metrosunda xüsusi təyinatlılar kamikadze jiletli şəxsi axtarırlar